tale yollarına çıxan insan

* a strange bed fellow человек, с которым случайно свела судьба
Taledən qaçmaq olmaz.
OBASTAN VİKİ
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tale Babayev
Tale Bağırzadə
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur. Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub. AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib.
Açıq tale
Açıq tale (ing. Manifest destiny) — XIX əsrdə ABŞ-də amerikalı köçkünlərin Şimali Amerika boyunca qərbə doğru genişlənmək niyyətində olduqlarını təmsil edən ifadə. İnancın kökü Amerikanın müstəsnaçılığına və Romantik millətçiliyə əsaslanırdı. Bu, Amerika Birləşmiş Ştatlarında Amerikan imperializminin ən erkən ifadələrindən biri idi. Tarixçi Vilyam Örl Viksə görə, konsepsiyanın arxasında üç əsas prinsip dayanırdı: ABŞ-nin unikal əxlaqi fəzilətinin fərziyyəsi; Respublika hökumətinin yayılması və daha çox "amerikan həyat tərzi" ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi; Bu missiyada uğur qazanmaq üçün millətin ilahi təyin edilmiş taleyinə olan inam.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
İnsan
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Tale (film, 2001)
Tale 2001-ci ildə çəkilən bir türk filmidir. Filmin rejissoruluğu Zəki Dəmirkubuz tərəfindən edilib. Yad romanının tamamilə eyni sayılmayan bir uyğunlaşmasıdır və Musa xarakteri Merso (fr. Meursault) xarakterinə bənzəyir. Gömrük məmuru Musa bir-birinin əksi iki hadisə arasında fərq görməyən biridir. Anasının ölümünə reaksiya verməyən Musa iki uşaq və bir ananı öldürməkdə günahkar bilinməsinə də səs çıxartmır...
Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış. İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
İnsan (Təbatəbai)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
İnsan (cins)
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
İnsan (dram)
İnsan dramı — Səməd Vurğunun 1945-ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
İnsan Haqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İnsan Surəsi
76-cı surə əl-İnsan və ya əd-Dəhr surəsi (Mədinədə nazil olmuşdur, 31 ayədir) Bu surə beş mövzudan danışır: İnsanın nütfədən yaradılışı sonra onun hidayət və işlərində azad olması və iradə sahibi olmasından söz gedir. Yaxşı və mömin insanrın mükafatından söz gedib, Əhli-Beytə görə özəl şəni nizulu var. Bu mükafatların verilmələrinin səbəbləri. Quranın önəmliliyi və əhkamının necə işlənməsi. Allahın hakimiyyəti(amma insanında ixtiyar sahibi olması.) Əllamə Təbatəbai və bəzi müfəssirlər çoxlu rivayətlərə dayanaraq buna inanırlar ki bu surə Əhli-Beyt üçün nazil olmuşdur. əl-İtqan fi İlum əl-Quran kitabında Suyuti nəql edir ki ...و يطعمون الطعام علی حبه ayəsi Əli bin Əbutalib və Fatimə Məhəmməd qızı üçün nazil olmuşdur. Kəşşaf təfsiri ibni Abbasdan nəql edir: Bir gün Həsən və Hüseyn xəstələndilər, islam peyğəmbəri və bəzi səhabələr onların görüşünə getdilər. camaat Əli-yə dedilər: nə yaxşı olar ovladlarının yaxşı olması üçün nəzr edəsənə. Əli, Fatimə və Fizzə kənizləri nəzr etdilər ki əgər ovladları yaxşılaşalar üç gün oruc tutacaqlar. uşaqlar yaxşılaşıb o, xəstəlikdən əsər qalmadı.
İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur. Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
İnsan anatomiyası
İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir ( "morfo" - forma, "logos" - elm).
İnsan askaridi
İnsan askaridi (lat. Ascaris lumbricoides) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. İnsanın bağırsağında yaşayan ən iri yumru qurdlardan biridir. Erkəklərin uzunluğu 15-25 sm, dişilərin uzunluğu isə 20-40 sm-ə çatır. insan askaridi həm xarici, həm də daxili quruluşuna görə at askaridinə çox oxşardır. insan askaridi ondan bədən ölçüsünün nisbətən kiçik olmasına görə fərqlənir.insan askaridinin cinsi orqanlar sistemi güclü inkişaf etmişdir. Belə ki, 28 sm uzunluqda olan bir dişi askaridin hər bir cinsi borusunun uzunluğu 150 sm (ikisi birlikde 300 sm) olmaqla, bədən uzunluğundan 11 dəfə artıqdır. Bir dişi fərd bir gün müddətində 200000-ə qədər yumurta xaric edə bilir.. Parazit həyat tərzi keçirir. Adətən askarid bağırsaqda az olur, lakin bir xəstədə 900-ə qədər askaridin olması halı da qeyd edilmişdir.
İnsan beyni
İnsan beyni insanın sinir sisteminin mərkəzi orqanıdır və onurğa beyni ilə birlikdə mərkəzi sinir sistemini təşkil edir. Beyin uc beyin, beyin sapı və beyincikdən ibarətdir. O, bədənin əksər fəaliyyətlərinə nəzarət edir, duyğu orqanlarından aldığı məlumatları emal edir, inteqrasiya edir, əlaqələndirir və bədənin qalan hissəsinə göndərilən təlimatlarla bağlı qərarlar qəbul edir. Beyin başın kəllə sümükləri içərisində yerləşir və bu sümüklər onu qoruyur. İnsan beyninin ən böyük hissəsi olan serebrum iki beyin yarımkürəsindən ibarətdir. Hər yarımkürənin ağ maddədən ibarət daxili nüvəsi və boz maddədən ibarət xarici səthi — beyin qabığı var. Beyin qabığının xarici təbəqəsi (neokorteks) və daxili təbəqəsi (allokorteks) var. Neokorteks altı neyron təbəqədən, allokorteksdə isə üç və ya dörd təbəqədən ibarətdir. Hər yarımkürə şərti olaraq dörd paya bölünür — alın payı, gicgah payı, təpə payı və ənsə payı. Alın payı özünü idarə etmə, planlaşdırma, əsaslandırma və mücərrəd düşüncə daxil olmaqla icra funksiyaları ilə əlaqələndirilir, ənsə payı isə görmə ilə bağlıdır.
İnsan biologiyası
İnsan biologiyası — insanları genetika, təkamül, fiziologiya, anatomiya, epidemiologiya, antropologiya, ekologiya, qidalanma, populyasiya genetikası və sosial-mədəni təsirlər kimi bir çox fərqli sahələrin təsirləri və qarşılıqlı təsirləri ilə araşdıran disiplinlerarası elmi tədqiqat sahəsidir. Biyomedikal elmlər, bioloji antropologiya və insan funksiyalarının müxtəlif aspektləri ilə əlaqəli digər bioloji sahələrlə yaxından əlaqəlidir. Human Biology jurnalının qurucusu, biogerontologist Reymond Perl, "insan biologiyası" terminini biologiyadan başqa bir alt hissəni təsvir edəcək şəkildə tətbiq etməmişdir. Bədənimizin sistemləri gündəlik həyat üçün zəruri olan spesifik funksiyaları yerinə yetirən bir sıra bioloji sistemlərdən ibarətdir. Ümumiyyətlə insan bədənindən məməlilər üçün tip bir orqanizm olaraq istifadə edərək insan orqanizminin bütün bioloji aspektlərini təsvir edən bir çantadır və bu kontekstdə bir çox universitet dərəcəsi və lisenziya modulu üçün əsas yaradır. İnsan biologiyasının əksər aspektləri ümumi məməlilər biologiyası ilə eyni və ya çox oxşardır. Xüsusilə və nümunə olaraq insanlar: bədən istiliyini qorumaq daxili iskelet olması qan dövranı sistemi olması sensor məlumat vermək, əzələ fəaliyyətini idarə etmək və koordinasiya etmək üçün bir sinir sisteminə sahib olmaq. canlı körpələr doğurduqları və süd verdikləri bir reproduktiv sistemə sahibdirlər. bir endokrin sistemə sahib olmaq və hormonları və digər biyokimyəvi siqnal agentlərini istehsal etmək və aradan qaldırmaq ağciyərlərə havanın nəfəs aldığı və oksigenin enerji istehsal etdiyi tənəffüs sistemi olması. xəstəliklərdən qorunmaq üçün bir immunitet sisteminə sahibdir Tullantıları sidik və nəcis şəklində ayrılır.
İnsan bədəni
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
İnsan coğrafiyası